Bakıda 71 nömrəli avtobusun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Bakıda 71 nömrəli avtobusun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək Aprelin 2-də, saat 08:00-dan 22:00-a qədər Bakıda 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
İnfrastruktur
31 Mart , 2023 15:58
Bakıda 71 nömrəli avtobusun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Aprelin 2-də, saat 08:00-dan 22:00-a qədər Bakıda 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb paytaxtın Binəqədi rayonu, Baksol yolunda aparılacaq təmirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır. Odur ki, sözügedən marşrut üzrə hərəkət sxemi iki istiqamətdə - “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən) - “Koroğlu” metro stansiyası istiqamətində təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi