​Bakıda 5 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilib

​Bakıda 5 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilib Qadağa fevralın 6-dək qüvvədə olacaq
İnfrastruktur
5 Fevral , 2016 11:53
​Bakıda 5 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilib

Bakı. 5 fevral. REPORT.AZ/ Bakı şəhərinin müəyyən küçələrində avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-sı səhər saatlarınadək davam edəcək. Bu səbəbdən "BakuBus" MMC-nin 5 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər edilib. 

Bu, "BakuBus"dan "Report"a daxil olan məlumatda bildirilir.

Belə ki, 5 saylı marşrut avtobusları 20-ci sahədən "Azneft" meydanına qədər, əks istiqamətdə isə "N.Nərimanov" metro stansiyasının önündən "Sahil" metro stansiyasının önünə qədər hərəkət edəcək. 

Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula 1"  yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar yarışdan sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Son xəbərlər

Orphus sistemi