Bakıda 4 marşrut xətti üzrə avtobusların hərəkət sxemləri dəyişdirilə bilər

Bakıda 4 marşrut xətti üzrə avtobusların hərəkət sxemləri dəyişdirilə bilər Bakı Nəqliyyat Agentliyi paytaxtda 4 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirə bilər.
İnfrastruktur
27 Mart , 2023 15:21
Bakıda 4 marşrut xətti üzrə avtobusların hərəkət sxemləri dəyişdirilə bilər

Bakı Nəqliyyat Agentliyi paytaxtda 4 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirə bilər.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC martın 29-31-də Pirallahı rayonundakı Dübəndi-Zirə və Zirə-Gürgan mənzillərində yerləşən qorunmayan dəmiryol keçidlərində təmir işləri aparacaq. Əgər bununla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq edilsə, 150, 152, 180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ küçələrlə təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi