Bakıda 4 ərazidə hərəkət qismən və yaxud tam dayandırılacaq

Bakıda 4 ərazidə hərəkət qismən və yaxud tam dayandırılacaq Hərəkət bəzi yerlərdə səhər, bəzi yerlərdə isə axşam saatlarından məhdudlaşdırılacaq
İnfrastruktur
3 Aprel , 2017 10:26
Bakıda 4 ərazidə hərəkət qismən və yaxud tam dayandırılacaq
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün saat 11:00-dan axşam saatlarına qədər Bakının Suraxanı rayonunda, Heydər Əliyev prospektindəki "Suraxanı yol qovşağı"nda, həmçinin Səbail rayonunda, Azneft dairəsi - Bayraq Meydanı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, yolda hərəkət avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar dayandırılacaq.

"Bundan başqa, saat 22:00-dan səhər saatlarına qədər paytaxtın Nəsimi rayonunda, Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də analoji işlər aparılacaq. Bu səbəbdən sözügedən küçələrin bəzi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq, bəzi ərazilərdə isə rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi