Bakıda 30-a yaxın avtobusun hərəkətində gecikmələr var

Bakıda 30-a yaxın avtobusun hərəkətində gecikmələr var Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, Bakı - Sumqayıt şosesi - Moskva prospektindən 20 Yanvar dairəsi - Tbilisi prospekti istiqamətində nəqliyyat sıxlığı ilə əlaqədar 2, 7A, 13, 14, 18, 29, 37, 65 ,67, 83, 92, 96,
İnfrastruktur
29 İyun , 2022 10:08
Bakıda 30-a yaxın avtobusun hərəkətində gecikmələr var

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, Bakı - Sumqayıt şosesi - Moskva prospektindən 20 Yanvar dairəsi - Tbilisi prospekti istiqamətində nəqliyyat sıxlığı ilə əlaqədar 2, 7A, 13, 14, 18, 29, 37, 65 ,67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə 20-yə yaxın avtobus 10-15 dəqiqə gecikmə ilə hərəkət edir.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Azadlıq prospekti - Binəqədi şosesindən Azadlıq m/st istiqamətində isə nəqliyyat sıxlığı səbəbindən 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətləri üzrə 10 ədədə yaxın avtobusun intervalında 13-15 dəqiqəlik gecikmələr yaranıb.

Son xəbərlər

Orphus sistemi