Bakıda 3 marşrut xəttinin hərəkət istiqaməti dəyişib

Bakıda 3 marşrut xəttinin hərəkət istiqaməti dəyişib Bakı. 16 mart. REPORT.AZ/ Bakıda 59, 108 və 159 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət istiqamətinə dəyişiklik edilib. 
İnfrastruktur
16 Mart , 2018 14:28
Bakıda 3 marşrut xəttinin hərəkət istiqaməti dəyişib

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda 59, 108 və 159 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət istiqamətinə dəyişiklik edilib. 

Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. 

Belə ki, 59 nömrəli marşrut xətti hərəkət sxemində dəyişiklik edilməklə bərpa edilib. Dəyişikliyə əsasən, 59 nömrəli marşrut xətti üzrə avtobuslar 2-ci Alatava yaşayış sahəsi-Mətbuat prospekti-Səməd Vurğun küçəsindən keçməklə son dayanacaq olaraq S.Rəhimov küçəsi (“28 May” metrostansiyasının yaxınlığı) müəyyən edilib. Dəyişiklik edilməsinə səbəb, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətidir. Sözügedən dəyişiklik nəticəsində, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin şəhər mərkəzinə rahat gediş gəlişi təmin ediləcək. 2-ci Alatava-metronun “Elmlər Akademiyası” stansiyası istiqamətində isə gediş gəliş 159 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət avtobuslarla təmin ediləcək.

108 nömrəli marşrut xətti Sərnişindaşımada təkmilləşdirmə işləri çərçivəsində (metronun “Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmayı qəsəbəsi) ləğv edilərək fəaliyyətini “108 A” və “108 B” olmaqla davam etdirəcək. Dəyişikliyə əsasən, “108 A” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Goradil qəsəbəsi, son dayanacaq məntəqəsi “Azadlıq” metrostansiyası olmaqla, “108 B” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Fatmayı qəsəbəsi, son dayanacaq məntəqəsi “Azadlıq” metrostansiyası olmaqla müəyyən edilib. Dəyişiklik nəticəsində Fatmayı bağları (Çimərlik) və Mehdiabad qəsəbə sakinlərinin “Azadlıq prospekti” metrostansiyasına daşınmasınıın faziləsizliyi və təhlükəsizliyi təmin ediləcək.

159 nömrəli müntəzəm marşrut xəttinin isə vətəndaş müraciətlərinə əsasən (“Çiçək” qəsəbəsi-metronun “Elmlər Akademiyası” stansiyası) hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi təyin edilib. Bununla da yaşayış binalarının, iaşə obyektlərinin olduğu D.Bünyadzadə və 11E küçəsləri ilə müntəzəm marşrut xəttinin təşkili təmin olunacaq. Hazırda qeyd edilən ərazidə yaşayan sakinlər marşrut xəttində istifadə etmək üçün uzun məsafəni piyada qət etməli olurlar.

Dəyişikliklər martın 21-dən tətbiq ediləcək.

Son xəbərlər

Orphus sistemi