Bakıda 2 müntəzəm marşrut xəttinin hərəkət sxemi dəyişdirilib

Bakıda 2 müntəzəm marşrut xəttinin hərəkət sxemi dəyişdirilib Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb
İnfrastruktur
26 Aprel , 2021 13:42
Bakıda 2 müntəzəm marşrut xəttinin hərəkət sxemi dəyişdirilib

Bakı Nəqliyyat Agentliyi 36 və 104 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemini dəyişdirib.

“Report” bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin Abbas Fətullayev küçəsinin Mərkəzi küçə ilə kəsişməsindən Köhnə Günəşli qəsəbəsinin İnqilab İsmayılov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırıldığı üçün 36 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək məhdudiyyətə uyğun alternativ küçələrdən təşkil edilməsinə zərurət yaranıb.

Son xəbərlər

Orphus sistemi