Bakıda 199 nömrəli marşrut xəttinə 12 metrlik avtobuslar cəlb ediləcək

Bakıda 199 nömrəli marşrut xəttinə 12 metrlik avtobuslar cəlb ediləcək 199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik İsuzu Citiport markalı avtobuslar cəlb ediləcək.
İnfrastruktur
22 Yanvar , 2020 15:53
Bakıda 199 nömrəli marşrut xəttinə 12 metrlik avtobuslar cəlb ediləcək

199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik "İsuzu Citiport" markalı avtobuslar cəlb ediləcək.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, Agentliyin tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik "İsuzu Citiport" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. 

"Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar sərnişinlərin istismarına sabahdan veriləcək. Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir”, - deyə qurum bəyan edib. 

Son xəbərlər

Orphus sistemi