Bakıda 165 saylı marşrut avtobusunun hərəkət istiqaməti bərpa olunub

Bakıda 165 saylı marşrut avtobusunun hərəkət istiqaməti bərpa olunub Bu, paytaxt sakinlərinin xahiş və müraciətləri əsasında həyata keçirilib
İnfrastruktur
5852
1 Dekabr , 2015 15:36
Bakıda 165 saylı marşrut avtobusunun hərəkət istiqaməti bərpa olunub

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakı şəhərində sakinlərin xahiş və müraciətləri nəzərə alınaraq, Avropa Oyunları ilə əlaqədar xətti qısaldılmış 165 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa olunub. 

"Report"un verdiyi xəbərə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Bu gündən etibarən 165 saylı marşrut avtobusu Binəqədi ərazisindən Şərifzadə küçəsinə ("Kaktus" restoranının yanı) kimi hərəkət edir.

Son xəbərlər

Orphus sistemi