Bakıda 161 nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Bakıda 161 nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq Sabahdan Bakıda 161 nömrəli müntəzəm marşrut xətti "Bakıkart"a inteqrasiya olunacaq.
İnfrastruktur
203
3 Avqust , 2021 10:50
Bakıda 161 nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Sabahdan Bakıda 161 nömrəli müntəzəm marşrut xətti "Bakıkart"a inteqrasiya olunacaq.

“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

O, həmçinin qeyd edib ki, bu günə qədər müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 69%-i "Bakıkart"a keçib.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

- İbiş Məmmədov 2A (Hövsan qəsəbəsi);

- Hövsan şosesi (Hövsan qəsəbəsi);

- Elman Qasımov 113 (Hövsan qəsəbəsi);

- Oqtay Şabanov küç. (Hövsan qəsəbəsi);

- İlqar Əhlimanov küç. (Hövsan qəsəbəsi);

- Elçin Məmmədov 4 (Hövsan qəsəbəsi);

- Dədə Qorqud qəsəbəsi;

- İlham Şükürov küç. (Suraxanı rayonu);

- Balandin küç. (Suraxanı rayonu);

- A.Rzayev küç.keçid 1849 (Suraxanı rayonu).

Son xəbərlər

Orphus sistemi