Bakıda 38 avtobus gecikmə ilə hərəkət edir

Bakıda 38 avtobus gecikmə ilə hərəkət edir Bu gün səhər pik saatlarında bir sıra küçə və prospektlərdə müşahidə olunan nəqliyyat sıxlıqları ilə əlaqədar bəzi müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr var.
İnfrastruktur
7 İyul , 2022 18:52
Bakıda 38 avtobus gecikmə ilə hərəkət edir

Hazırda bir neçə küçə və prospektdə müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən ümumilikdə 32 müntəzəm marşrut xətti üzrə 38 ədəd avtobus gecikmə ilə hərəkət edir.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Vahid Dispetçer Xidmətinin məlumatına əsasən 20 Yanvar dairəsində 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 92, 83, 119 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində 12-13 dəqiqə var.

Moskva prospekti kənar yol şəhər istiqamətindən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 83, 119 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə isə avtobusların hərəkətində 13-14 dəqiqə interval müşahidə olunur.

Azadlıq prospekti-Süleyman Sani Axundov küçəsi ilə kəsişmədən Binəqədi şosesi ilə kəsişməyə qədər 71, 79, 108B, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar 15-16 dəqiqə intervalla hərəkət edir.

09:45

Bu gün səhər pik saatlarında bir sıra küçə və prospektlərdə müşahidə olunan nəqliyyat sıxlıqları ilə əlaqədar bəzi müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr var.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata əsasən, 16 müntəzəm marşrut xətti üzrə 20 avtobusun hərəkət intervalından gecikmələr yaranıb.

Belə ki, Heydər Əliyev prospekti (kənar yol) şəhər istiqamətində 1, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində 15-20 dəqiqə interval müşahidə olunmaqdadır.

Moskva prospekti kənar yol və Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən şəhər istiqamətində isə 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 83, 119 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində 12-13 dəqiqə gecikmə yaranıb.

Son xəbərlər

Orphus sistemi