Bakıda 123 nömrəli marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib - VİDEO

Bakıda 123 nömrəli marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib - VİDEO Dəyişiklik daimi deyil
İnfrastruktur
11 İyul , 2017 14:02
Bakıda 123 nömrəli marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib - VİDEO

Bakı. 11 iyul. REPORT.AZ/ Bakıda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi bu gündən müvəqqəti dəyişdirilib. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, hazırda Binəqədi-Novxanı avtomobil yolunda təmir-tikinti işləri aparılır. 

Bununla əlaqədar sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb və buna görə də qeyd edilən marşrut xəttinin hərəkət trayektoriyasında dəyişiklik edilib. Təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək. 

Son xəbərlər

Orphus sistemi