Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkətində gecikmə var

Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkətində gecikmə var Bakının Nəsimi rayonunun 28 May və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır
İnfrastruktur
19 Aprel , 2021 08:59
Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkətində gecikmə var

Bakının Nəsimi rayonunun 28 May və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır.

"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Son xəbərlər

Orphus sistemi