Bakıda 1000-dən artıq piyada keçidində panduslar quraşdırılıb

Bakıda 1000-dən artıq piyada keçidində panduslar quraşdırılıb Bakı. 28 iyun. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi paytaxtda piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.
İnfrastruktur
28 İyun , 2018 15:47
Bakıda 1000-dən artıq piyada keçidində panduslar quraşdırılıb
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi paytaxtda piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir. 

BNA-dan "Report"a verilən məlumata görə, bu çərçivədə həyata keçirilən və mühüm sosial əhəmiyyət kəsb edən layihənin icrası nəticəsində artıq 1000-dən çox piyada keçidində panduslar quraşdırılıb. 

Bununla da, əsasən, mərkəzi yollarda fiziki imkanları məhdud şəxslərin kənar yardıma ehtiyacı olmadan hərəkəti üçün uyğun şəraitin yaradılması təmin edilib. 

Dövlət başçısının tapşırığına əsasən, həyata keçirilən bu layihə çərçivəsində işlər hazırda da davam edir. Növbəti mərhələlərdə şəhər mərkəzindən kənar küçə və prospektlərdə də analoji tədbirlərin icrası nəzərdə tutulub. Beynəlxalq standartlara uyğun quraşdırılan panduslarla yanaşı, piyada keçidlərinin ətrafındakı səkilər dəmir məhəccərlə əhatələnir. Məqsəd piyadaların yolu müəyyən olunmuş hissədən keçməsini stimullaşdırmaqdır. Piyada təhlükəsizliyi ilə bağlı tətbiq edilən digər bir yenilik isə səkilərdə qoruyucu tumbaların quraşdırılmasıdır. Qoruyucu tumbalar müxtəlif səbəblərdən idarəetmədən çıxan avtomobillərin səkidə hərəkət edən piyadaları vurmasının qarşısını almaq üçün çox səmərəli vasitədir. Bu tumbalar bəzi yerlərdə, xüsusən də pandus olan səkilərdə həm də avtomobillərin səkilərə parklanma üçün daxil olmasının qarşısını alır. Dünyanın avtomobilləşmiş ölkələrinin təcrübəsinə diqqət etdikdə məlum olur ki, piyadaların səkidə avtomobillə vurulması halları da kifayət qədər tez-tez baş verir. Ona görə də buna zərurət olan yerlərdə quraşdırılan qoruyucu tumbalar səkidə hərəkət edən piyadanın daha etibarlı mühafizə edə bilər.

Son xəbərlər

Orphus sistemi