Bakıda 10 mərtəbəli yeni parkinq tikilə bilər

Bakıda 10 mərtəbəli yeni parkinq tikilə bilər Bakının Yasamal rayonunda, İsmayıl bəy Qutqaşınlı küçəsində 10 mərtəbəli parkinq tikilə bilər.
İnfrastruktur
25 Noyabr , 2020 11:53
Bakıda 10 mərtəbəli yeni parkinq tikilə bilər

Bakının Yasamal rayonunda, İsmayıl bəy Qutqaşınlı küçəsində 10 mərtəbəli parkinq tikilə bilər.

"Report" xəbər verir ki, bunu onlayn keçirilən “Baku City Forum”da Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat axınının idarə olunması və təhlili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, həmin parklanma yeri ilə bağlı layihə artıq hazırdır: "Bu layihəni iş adamları göndərib. Yəni parklanmaya özəl biznesin marağı var".

BNA rəsmisi həmçinin qeyd edib ki, paytaxtdakı Qış Parkı ətrafında da yeniliklər olacaq: "Hazırda Füzuli küçəsində parklanma kim istifadə edilən ərazilərin piyadalar üçün yer kimi istifadəsi üçün Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla digər qurumlarla razılıq əldə edilib. İş bitəndən sonra Qış Parkı ətrafında avtomobillər park olunan yerlərdə piyadalar istifadə edəcəklər".

Son xəbərlər

Orphus sistemi