Bakıda 1 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilir

Bakıda 1 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilir Avtobuslar yeni xətlə fevralın 12-dən hərəkət edəcəklər
İnfrastruktur
8 Fevral , 2017 16:59
Bakıda 1 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilir

Bakı. 8 fevral. REPORT.AZ/ Bakıdakı "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) metronun “28 May” stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən 1 saylı marşrut xəttinin hərəkət trayektoriyasında dəyişiklik edilib. 

Bakı Nəqliyyat Agentliyindən "Report"a daxil olan məlumata görə, dəyişiklik nəticəsində metronun “Koroğlu” stansiyasının yanındakı NMM-dən Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edən avtobuslar “Azərsu” ASC-nin yeni tikilən inzibati binasının qarşısından Ələsgər Qayıbov küçəsinə dönəcəklər. Daha sonra avtobuslar Ə. Qayıbov küçəsi, 10 ünvanında yerləşən iş mərkəzinin qarşısındakı geridönmədən əks istiqamətdə qayıdaraq Heydər Əliyev prospekti ilə əvvəlki xətt üzrə hərəkət edəcəklər.

"Dəyişikliyin edilməsində məqsəd həmin ərazidə yaşayan sakinlərin, həmçinin, Ələsgər Qayıbov küçəsində yerləşən dövlət və özəl qurumların əməkdaşlarının şəhər mərkəzinə rahat gedişini təmin etməkdir.  Ə. Qayıbov küçəsində və ona yaxın ərazidə yaşayış və iş yerlərinin olmasına baxmayaraq, ərazidən hər hansı bir marşrut xətti keçmirdi. Bu dəyişikliyin avtobuslararası intervala təsirinin qarşısını almaq məqsədi ilə daşıyıcı tərəfindən xəttə buraxılan nəqliyyat vasitələrinin sayı artırılacaq. BNA-nın qərarına əsasən, 1 saylı müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 12 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək", - deyə BNA-nın məlumatında qeyd edilib.  

Son xəbərlər

Orphus sistemi