Bakı yollarında sıxlıq yaranıb

Bakı yollarında sıxlıq yaranıb Bir sıra küçə və prospektlərdə avtomobillər ləng hərəkət edir
İnfrastruktur
24 Noyabr , 2015 09:20
Bakı yollarında sıxlıq yaranıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hrəkətində nisbi sıxlıq var.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Babək prospekti (Heydər Əliyev pr-ti istiqamətində), Ziya Bünyadov prospekti (iki istiqamətdə), A.Bakıxanov küçəsi (Türkiyə səfirliyi istiqamətində), Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, Koroğlu Rəhimov küçəsi (Prezident İqamətgahı istiqamətində) və İnşaatçılar prospektində (Dövlət Statistika Komitəsinin qarşısı) avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi