Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır

Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 21-dən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq.
İnfrastruktur
11 Aprel , 2018 15:11
Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 21-dən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq.

"Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. 

Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək.

Qatar Bakıdan həftədə bir dəfə - həftənin IV günləri saat 01:35-də yola düşəcək, Kiyev stansiyasına aprelin 23-dən etibarən həftənin I günləri saat 11:46-da çatacaq və həmin gün saat 14:37-də əks istiqamətə yola düşəcək, aprelin 26-dan etibarən həftənin IV günləri saat 04:10-da Bakıya çatacaq. 

Son xəbərlər

Orphus sistemi