Bakı-Tbilisi qatarının hərəkəti bərpa oluna bilər

Bakı-Tbilisi qatarının hərəkəti bərpa oluna bilər Gürcüstan Azərbaycanla dəmir yolu vasitəsilə sərnişin daşımalarının bərpası istiqamətində danışıqları davam etdirir.
İnfrastruktur
10 Yanvar , 2022 11:48
Bakı-Tbilisi qatarının hərəkəti bərpa oluna bilər

Gürcüstan Azərbaycanla dəmir yolu vasitəsilə sərnişin daşımalarının bərpası istiqamətində danışıqları davam etdirir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru David Peradze “Forbes” jurnalına müsahibəsində bildirib.

O deyib ki, Bakı və Tbilisi arasında qatar reyslərinin bərpasının dəqiq vaxtı daha sonra açıqlanacaq.

Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. 2021-ci ildə Gürcüstan dəmir yolu ilə sərnişin daşımalarını yalnız Ermənistan istiqamətində bərpa edib.

Son xəbərlər

Orphus sistemi