Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə 10 mlrd. dollar yatırılıb

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə 10 mlrd. dollar yatırılıb Növbəti illərdə bu yolla daşınan sərnişinlərin sayı 6 mln. nəfərə, yüklərin həcmi isə 20 mln. tona çatacaq
İnfrastruktur
30 Oktyabr , 2017 15:02
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə 10 mlrd. dollar yatırılıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ İlkin olaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 1 mln. sərnişin və 4 mln. ton yük daşınması nəzərdə tutulub. “Report” xəbər verir ki, bunu BTQ-nin Bakıda keçirilən rəsmi açılış mərasimində çıxış edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.

G.Kvirikaşvilinin sözlərinə görə, bu rəqəm gələcəkdə bir neçə dəfə artırılacaq: “Növbəti illərdə isə sərnişinlərin sayı 6 mln. nəfərə, yüklərin həcmi isə 20 mln. ton olacaq”.

Tədbirdə çıxış edən Qazaxıstanın baş naziri Bakitjan Sagintayev isə deyib ki, BTQ Asiyadan Avropaya daşımaların müddətini daha da qısaldacaq: “BTQ-nin ərsəyə gəlməsi üçün 10 mlrd. dollardan çox investisiya yatırılıb. Bu layihə Asiya ilə Avropa arasında daşımaçılıq üçün məsafələri daha da qısaldacaq”.

Son xəbərlər

Orphus sistemi