Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə on mininci konteyner daşınıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə on mininci konteyner daşınıb Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə on mininci konteyner daşınıb.
İnfrastruktur
25 Dekabr , 2019 13:38
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə on mininci konteyner daşınıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə on mininci konteyner daşınıb. 

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container"dən bildirilib.

Məlumata görə, 40 futluq konteyner Türkiyə-Qazaxıstan marşrutu ilə hərəkət edən blok qatarının tərkibində ölkəmizin ərazisindən keçərək, Qazaxıstanın Yeti Su Stansiyasına çatdırılıb. 20 konteynerdən ibarət blok qatarının yükü dizel yanacağı ilə işləyən minik avtomobilləri olub. Daşıma “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”nin operatorluğu ilə həyata keçirilib.

2017-ci il oktyabrın 30–da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. Belə ki, ötən il bu xətlə 4135 (TEU), bu il isə 5810 (TEU) konteyner daşınıb.

Son xəbərlər

Orphus sistemi