Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək Axalkələkidə Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu rəhbərlərinin görüşü olacaq
İnfrastruktur
26 Sentyabr , 2017 20:01
Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək

Tbilisi. 26 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-də Gürcüstanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üzrə işçi qrupun növbəti görüşü keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu görüşdə iştirak etmək üçün Tbilisiyə gəlib.

Azərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri sentyabrın 27-də qatarla Tbilisidən Tetriskaro, Zalqa və Axalkələkiyə gedəcəklər. Axalkələkidə Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu rəhbərlərinin görüşü olacaq. Sonra onlar BTQ-nin Türkiyə tərəfində aparılan tikinti işlərinin gedişi ilə maraqlanacaqlar. 

Son xəbərlər

Orphus sistemi