​Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Gürcüstan hissəsində ilk sınaq keçirilib

​Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Gürcüstan hissəsində ilk sınaq keçirilib Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Axalkalaki-Kartsaxi dəmir yolu xəttinin sınağında iştirak edib
İnfrastruktur
29 Yanvar , 2015 11:58
​Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Gürcüstan hissəsində ilk sınaq keçirilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Gürcüstanda səfərdə olan Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürscüstan hissəsinin sınağı üçün Axalkalaki-Kartsaxi stansiyaları arasında qısa səfər edib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata əsasən, yanvarın 28-də Z.Məmmədov Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdən sonra layihənin gedişi ilə tanış olub, ilk sınaq səfərində iştirak edib. "Layihənin gedişatında heç bir problem yoxdur", - deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, Axalkalaki-Kartsaxi stansiyaları arasındakı məsafə14 km-dir. 

Son xəbərlər

Orphus sistemi