Bakı-Sumqayıt qatarına bilet ucuzlaşdırılıb

Bakı-Sumqayıt qatarına bilet ucuzlaşdırılıb "Biznes" sinfi üçün biletin qiyməti 25% aşağı salınıb
İnfrastruktur
120
2 Noyabr , 2016 16:22
Bakı-Sumqayıt qatarına bilet ucuzlaşdırılıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakı-Sumqayıt sərnişin qatarına "biznes" sinfi üçün biletlərin qiymətində dəyişiklik edilib.

"Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən daxil olan məlumata görə, sərnişinlər indi Bakı-Sumqayıt qatarına "biznes" sinfi üçün bileti 1,20 manata əldə edə bilərlər. 

Qeyd edək ki, yenilik noyabrın 5-dən etibarən tətbiq ediləcək. 

Hazırda "biznes" sinfinə biletlər 1,60 manata satılır.

Son xəbərlər

Orphus sistemi