Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir. Dəmir yolunun mühafizə zolağında, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işləri aparılır. Bununla əlaqədar elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır.
“
Profilaktik tədbirlər başa çatandan sonra elektrik qatarlarının hərəkət cədvəlinə yenidən baxılacaq, yolda olma vaxtı aşağı salınacaq.
Aparılan yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq Biləcəri və Xırdalan stansiyalarında qatarların dayanması nəzərdə tutulmayıb.
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının müvəqqəti hərəkət cədvəli (16.09.2015-dən)
Qatar № | Bakıdan getmə vaxtı | Sumqayıta çatma vaxtı | Sumqayıtdan çıxma vaxtı | Bakıya çatma vaxtı |
5405/6002 | 05:10 | 05:58 | 06:40 | 07:28 |
6003/6004 | 05:30 | 06:18 | 07:10 | 07:58 |
6005/6006 | 06:50 | 07:38 | 07:55 | 08:43 |
6007/6008 | 07:50 | 08:38 | 09:00 | 09:48 |
6009/6010 | 16:00 | 16:48 | 17:10 | 17:58 |
6011/6012 | 17:25 | 18:13 | 18:30 | 19:18 |
6013/6014 | 18:25 | 19:13 | 19:30 | 20:18 |
6015/9016 | 19:25 | 20:13 | 20:30 | 21:18 |
Qeyd: qatar Bakı-Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində və geriyə hərəkət edir.