Bakı-Sumqayıt dəmir yolu xəttinin istifadəyə veriləcəyi tarix açıqlanıb

Bakı-Sumqayıt dəmir yolu xəttinin istifadəyə veriləcəyi tarix açıqlanıb İyunun 5-də Bakı-Sumqayıt dəmir yolu xətti istifadəyə veriləcək
İnfrastruktur
204
10 May , 2015 11:02
Bakı-Sumqayıt dəmir yolu xəttinin istifadəyə veriləcəyi tarix açıqlanıb

Bakı. 10 may. REPORT.AZ/ İyunun 5-də Bakı-Sumqayıt dəmir yolu xətti istifadəyə veriləcək və gətiriləcək yeni qatarlar həmin xəttə buraxılacaq. "Report" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Bakı sərnişin vağzalında və Sumqayıta gedən dairəvi yolda təmir işləri gedir: "Yeni platformalar tikilir və turniketlər qurulur. İşlər nəzərdə tutulduğu vaxtda yekunlaşsa iki mərtəbəli qatarlar gətiriləcək. Olmasa, içərisində kondisioner, Wİ-Fİ, sanitar qovşağı olan digər qatarlar gətiriləcək".

O qeyd edib ki, Avropa Oyunlarına hazırlıq çərçivəsində görüləcək işlər sırasında "Koroğlu" metro stansiyası arasında qatarların xəttə buraxılması da gözlənilir.

Son xəbərlər

Orphus sistemi