Bakı Şəhər İcra Hakimiyyətinin strukturunda dəyişiklik edilib

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunda dəyişiklik edilib Nazirlər Kabineti Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə 2018-ci il 11 oktyabr tarixli qərarda dəyişikliklər edib.
İnfrastruktur
17 Mart , 2019 01:52
Bakı Şəhər İcra Hakimiyyətinin strukturunda dəyişiklik edilib

Nazirlər Kabineti "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 2018-ci il 11 oktyabr tarixli qərarda dəyişikliklər edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən 2018-ci il 11 oktyabr tarixli qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı"nın "İcra hakimiyyəti orqanları" bölməsində bir sıra dəyişikliklər edilib.

Qərara əsasən “1280” (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər İqtisadiyyat Komitəsi), "1281" (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Memarlıq və Şəhərsalma Baş İdarəsi), "1282" (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti),

"1283" (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Kino Xidməti İdarəsi) və "1286" (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Ekspertiza Mərkəzi) kodlu sətirlər ləğv edilib.

Həmçinin qərarla "Baş kredit sərəncamçıları" sütununda "1284" (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi) və “1285” (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti) kodlu sətirlərdə "Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində" sözləri "Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında" sözləri ilə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi