Bakı meriyası keçmiş nazirin şirkətindən 10 milyon manatlıq maşın və mexanizm alır

Bakı meriyası keçmiş nazirin şirkətindən 10 milyon manatlıq maşın və mexanizm alır Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı departamenti kommunal təyinatlı maşın və mexanizmlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
İnfrastruktur
25 iyun 2020 14:06
Bakı meriyası keçmiş nazirin şirkətindən 10 milyon manatlıq maşın və mexanizm alır

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı departamenti kommunal təyinatlı maşın və mexanizmlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "İmprotex Trucks and Buses" MMC-dir.

Qalib şirkətə 10 milyon manat ödəniləcək.

Xatırladaq ki, "İmprotex Trucks and Buses" şirkəti Azərbaycanın keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.  

Son xəbərlər

Orphus sistemi