Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib "Azneft" dairəsi ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İnfrastruktur
24 May , 2017 09:13
Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanda "Formula 1" yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar şəhər sakinlərinə müraciət edib. 

"Report"un məlumatına görə, müraciətdə bildirilir ki, bu gün gecə saatlarına qədər "Azneft" dairəsi ətrafında yarışa hazırlıqla bağlı tikinti-quraşdırma işləri aparılacaq. 

Bu səbəbdən həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi