Bakı-Şamaxı-Yevlax-Xocəsən avtomobil yolunun tikintisinə 2,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Bakı-Şamaxı-Yevlax-Xocəsən avtomobil yolunun tikintisinə 2,8 milyon manat ayrılıb - SƏRƏNCAM Prezident İlham Əliyev aprelin 3-də “Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
İnfrastruktur
3 aprel 2019 10:02
Bakı-Şamaxı-Yevlax-Xocəsən avtomobil yolunun tikintisinə 2,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev aprelin 3-də “Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi