Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi bağlanacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi bağlanacaq Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun 13-cü km-də (Hökməli dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.
İnfrastruktur
24 May , 2019 12:41
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi bağlanacaq

Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun 13-cü km-də (Hökməli dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq: “Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər”.

Bildirilir ki, qısa müddətlik yarana biləcək narahatlığa görə üzr istəyirik və sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edirik.

Son xəbərlər

Orphus sistemi