Bakı-Quba yolu ilə hərəkət edən sürücülərə xəbərdarlıq edilib

Bakı-Quba yolu ilə hərəkət edən sürücülərə xəbərdarlıq edilib Bakı. 21 iyul. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
İnfrastruktur
885
21 İyul , 2018 10:31
Bakı-Quba yolu ilə hərəkət edən sürücülərə xəbərdarlıq edilib

Bakı. 21 iyul. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumatda deyilir ki, bundan başqa Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sulutəpə dairəsindən DSK yolu istiqamətində, həmçinin Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Koroğlu yol qovşağı istiqamətində üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi