Bakı-Quba-Rusiya avtomobil yolunun yenidən qurulmasına 7,1 milyon manat ayrılıb

Bakı-Quba-Rusiya avtomobil yolunun yenidən qurulmasına 7,1 milyon manat ayrılıb Bakı. 2 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
2 İyul , 2018 18:06
Bakı-Quba-Rusiya avtomobil yolunun yenidən qurulmasına 7,1 milyon manat ayrılıb

Bakı. 2 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi