Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin 300 min manatdan çox vergi borcu var

Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin 300 min manatdan çox vergi borcu var Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin 300 min manatdan çox vergi borcu var
İnfrastruktur
4 Avqust , 2020 17:50
Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin 300 min manatdan çox vergi borcu var

Bakı Nəqliyyat Agentliyinə məxsus 4 şirkətdən 3-ü dövlət büdcəsinə borcludur. 

"Report"un əldə etdiyi məlumata görə, bunlar "BakuBus", "Albalılıq Avtoparkı" və "Zığ Avtoparkı" MMC-lərdir. 

Adları çəkilən şirkətlərin bu günə vergi borcu müvafiq olaraq 97 205,44 manat, 202 678,58 manat və 13 015,25 manat, ümumilikdə isə 312 899,27 manatdır. Yalnız "Nəqliyyatı İntellektual idarəetmə Mərkəzi" MMC-nin büdcə qarşısında öhdəliyi yoxdur. 

Son xəbərlər

Orphus sistemi