Bakı Nəqliyyat Agentliyinin işçiləri avtomobildə yanğının qarşısını alıb

Bakı Nəqliyyat Agentliyinin işçiləri avtomobildə yanğının qarşısını alıb “Fevralın 12-də Bakının Babək və Heydər Əliyev prospeklərtinin kəsişməsində, minik avtomobilində yanğın olub"
İnfrastruktur
15 Fevral , 2021 10:59
 Bakı Nəqliyyat Agentliyinin işçiləri avtomobildə yanğının qarşısını alıb

“Fevralın 12-də Bakının Babək və Heydər Əliyev prospeklərtinin kəsişməsində, minik avtomobilində yanğın olub. Həmin vaxt ərazidə xidmət aparan əməkdaşlarımız ətrafdakıların köməyi ilə yanğının qarşısını alıb”.

"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, xidməti avtomobildə olan yanğın söndürən vasitə ilə müdaxilə edən agentlik əməkdaşları avtomobilin alovlanmasına imkan verməyiblər.

Son xəbərlər

Orphus sistemi