Bakı Nəqliyyat Agentliyi Xüsusi Sürücü Bazası yaradacaq

Bakı Nəqliyyat Agentliyi Xüsusi Sürücü Bazası yaradacaq Sürücü Təlim Mərkəzində təlimi uğurla başa vuranların adları bazaya daxil ediləcək
İnfrastruktur
2037
11 İyun , 2018 12:43
Bakı Nəqliyyat Agentliyi Xüsusi Sürücü Bazası yaradacaq
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Son 8 ay ərzində Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində 1 356 nəfər xüsusi təlim keçib. 

"Report" xəbər verir ki, bunu agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, təlimi uğurla başa vuranların adları BNA-nın yaradacağı Xüsusi Sürücü Bazasına daxil ediləcək: "Daşıyıcılardan verilən məlumata görə, hazırda 3060 sürücü sərnişinlərə xidmət göstərir. Onların hər biri xüsusi təlimlərdən keçəcək. Təlimlərdən keçmiş sürücülərin məlumatları əsasında həmin baza formalaşdırılacaq".

M.Ağayev qeyd edib ki, daşıyıcı şirkətlərin əməkdaşı olmayan D kateqoriyalı sürücülər də təlimlərdə iştirak edə bilərlər. 

"Hazırda nəqliyyatdakı problemlərdən biri peşəkar sürücü çatışmazlığıdır", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi