Bakı Nəqliyyat Agentliyi tıxacla bağlı məlumat yayıb

Bakı Nəqliyyat Agentliyi tıxacla bağlı məlumat yayıb Bakının əksər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq, tıxac müşahidə olunur
İnfrastruktur
1674
11 Dekabr , 2020 17:05
Bakı Nəqliyyat Agentliyi tıxacla bağlı məlumat yayıb

Bakının əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq, tıxac müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, bu səbəbdən də bütün istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr var:

- Heydər Əliyev prospekti hər iki istiqamət kənar yol

- Ağa Neymətulla küçəsi

- Akademik Həsən Əliyev küçəsi

- Koroğlu Rəhimov küçəsi

- Təbriz küçəsi

- Ziya Bünyadov prospekti

- Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsi

- Tbilisi prospekti

“Fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik", - deyə qurumun açıqlamasında deyilir.

Son xəbərlər

Orphus sistemi