Bakı Nəqliyyat Agentliyi paytaxtda yeni yol nişanları quraşdırıb

Bakı Nəqliyyat Agentliyi paytaxtda yeni yol nişanları quraşdırıb Yanvarda 78 ədəd yeni yol nişanı quraşdırılıb
İnfrastruktur
27 Yanvar , 2018 14:23
Bakı Nəqliyyat Agentliyi paytaxtda yeni yol nişanları quraşdırıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Şəhər sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ünvanladığı müraciətlər əsasında bu ilin yanvar ayında paytaxtın müxtəlif ərazilərində 78 ədəd yeni 5.12 (Avtobusun dayanacaq yeri) yol nişanı quraşdırılıb.

“Report” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, nişanlardan 37 ədədi mövcud avtobus dayanacaq məntəqələrində aparılan yenidənqurma işləri, 41 ədədi isə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilməsi zamanı quraşdırılıb.

Bununla yanaşı, 4 məntəqədə piyada keçidləri təşkil edilib. Keçidlərdən biri Kürdəxanı, digər üçü isə Binə qəsəbəsi Əli İsazadə küçəsindədir.

Son xəbərlər

Orphus sistemi