Bakı Nəqliyyat Agentliyi mebel və inventarlar alır

Bakı Nəqliyyat Agentliyi mebel və inventarlar alır Qurum bu məqsədlə tender elan edib
İnfrastruktur
147
5 Noyabr , 2016 10:15
Bakı Nəqliyyat Agentliyi mebel və inventarlar alır

Bakı. 5 noyabr. REPORT.AZ/ Nazirlət Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) mebel və inventarların satın alınması məqsədilə açıq tender elan edib. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Tenderdə iştirak haqqı 500 manatdır. İddiaçılar lazımi sənədləri dekabrın 5-nə qədər, tender təklifi və bank zəmanətini isə dekabrın 12-nə qədər BNA-nın Bakı şəhəri, Ziya Bünyadov prospekti, 11 ünvanındaki inzibati binasına təqdim etməlidirlər. 

Təkliflərə dekabrın 15-i, saat 11:00-da sözügedən ünvanda baxılacaq. Təkliflərin qiymətləndirilməsində yerli istehsal olan mallar, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti kimi meyarlar nəzərə alınacaq. 

Son xəbərlər

Orphus sistemi