Bakının Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində tıxac yaranıb

Bakının Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində tıxac yaranıb Hazırda paytaxtın Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur.
İnfrastruktur
3 Fevral , 2021 15:49
Bakının Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində tıxac yaranıb

Hazırda paytaxtın Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

"Kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsi yolda tıxaca səbəb olub.

Əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir.

Vətəndaşların rahatlığını nəzərə alaraq belə hallara yol verən şəxsləri işlərini qanunvericiliklə müəyyən olunan qaydalara uyğun icra etməyə çağırırıq", - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi