Bakı Nəqliyyat Agentliyi 421 pandus quraşdıracaq

Bakı Nəqliyyat Agentliyi 421 pandus quraşdıracaq Panduslara paytaxtın 5 rayonunu əhatə edəcək
İnfrastruktur
23 Dekabr , 2017 14:21
Bakı Nəqliyyat Agentliyi 421 pandus quraşdıracaq

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakı şəhərinin 5 rayonunda, ümumilikdə, 421 pandusun tikintisi planlaşdırılır.

Bunu “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, pandus layihəsinin həyata keçirilməsi, əlilliyi olan şəxslərin, uşaqların və yaşlı insanların Bakı şəhərinin küçə və prospektlərinin səkilərində hərəkətinə asanlıq yaradacaq və böyük sosial əhəmiyyət daşıyacaq: “Fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli infrastrukturun yaradılması işləri davam etdirilir. Bu çərçivədə artıq şəhər yollarında panduslar quraşdırılır. Dünya standartlarına uyğun tikilən pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılır. Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişəcək və sürüşməyə davamlı səthdən ibarət olacaq”.

Son xəbərlər

Orphus sistemi