Bakı-Moskva aviareyslərinə yeni aksiya keçirilir

Bakı-Moskva aviareyslərinə yeni aksiya keçirilir AZAL-Miles bonus proqramının iştirakçıları üçün yeni aksiya keçirilir.
İnfrastruktur
26 Noyabr , 2021 19:56
Bakı-Moskva aviareyslərinə yeni aksiya keçirilir

AZAL-Miles bonus proqramının iştirakçıları üçün yeni aksiya keçirilir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları "(AZAL) QSC-dən bildirilib.

Məlumata görə, toplanmış millərini mükafatlandırıcı aviabiletə dəyişdirənlər Moskvaya 30% güzəştlə səyahət edə bilərlər. Aksiya 2021-ci ilin 1-15 dekabr və 2022-ci ilin 5 yanvar - 15 mart tarixlərində "Vnukovo" və "Domodedovo" hava limanlarına yerinə yetiriləcək reyslərə şamil edilir.

Qeyd edək ki, balları aviabiletlərə dəyişmək istəyənlər [email protected] elektron ünvanına yaza və ya AZAL aviaşirkətinin nümayəndəlikləri və akkreditə olunmuş kassalarına yaxınlaşa bilərlər.

Son xəbərlər

Orphus sistemi