Bakı metrosunun stansiya və tunellərinin ventilyasiya sistemi yay qrafikinə keçirilir

Bakı metrosunun stansiya və tunellərinin ventilyasiya sistemi yay qrafikinə keçirilir Sabahdan Bakı Metropoliteninin stansiya və tunellərinin ventilyasiya sistemi yay qrafikinə keçirilir.
İnfrastruktur
31 may 2024 06:50
Bakı metrosunun stansiya və tunellərinin ventilyasiya sistemi yay qrafikinə keçirilir

Sabahdan Bakı Metropoliteninin stansiya və tunellərinin ventilyasiya sistemi yay qrafikinə keçirilir.

"Report" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin baş mühəndisi Məzahir Qədirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ventilyatorların yeni qrafikinə əsasən, stansiyaların gün ərzində havalandırılması yay fəslinin orta temperatur rejiminə uyğun olaraq tənzimlənəcək:

"Bununla yanaşı, gündəlik monitorinqlər və hava proqnozu ilə bağlı rəsmi məlumatlar diqqətdə saxlanılaraq, əlavə tədbirlərin görülməsi nəzərdə tutulacaq. Yay qrafikinə uyğun olaraq, günün isti və qızmar saatlarında ventilyatorlar sovurma istiqamətində çalışdırılır, isti və çirklənmiş hava kütləsini tunellərdən xaric edir. Səhər erkən və axşam saatlarında isə əksinə, ventilyatorların işi hava kütləsinin stansiya və tunellərə axını istiqamətində təmin edilir".

Son xəbərlər

Orphus sistemi