Bakı metrosundan istifadə pulsuz olacaq

Bakı metrosundan istifadə pulsuz olacaq Avropa Oyunlarının tamaşaçıları bilet və şəxsiyyət vəsiqəsini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər
İnfrastruktur
10 İyun , 2015 13:51
Bakı metrosundan istifadə pulsuz olacaq

Bakı. 10 iyun. REPORT.AZ/ "Bakı 2105" I Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.

"Report"un verdiyi xəbərə görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qeyd edək ki, daha öncə, sadəcə, Açılış və Bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.

Son xəbərlər

Orphus sistemi