Bakı metrosunda qatarların hərəkətində qısa fasilə yaranıb

Bakı metrosunda qatarların hərəkətində qısa fasilə yaranıb Bu gün günorta saatlarında Bakı Metropoliteni QSC-nin “Xalqlar Dostluğu” stansiyasının işində qısa fasilə yaranıb.
İnfrastruktur
18 Mart , 2019 16:57
Bakı metrosunda qatarların hərəkətində qısa fasilə yaranıb

Bu gün günorta saatlarında "Bakı Metropoliteni" QSC-nin “Xalqlar Dostluğu” stansiyasının işində qısa fasilə yaranıb. 

Bununla bağlı xəbəri qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a təsdiqləyib. 

"Fasilə bir neçə saniyə çəkib. Stansiyaya verilən elektrik xəttində gərginlik düşüb və qatarların hərəkətində qısa fasilə olub”. 

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə “Report”a bildirib ki, həmin vaxt paytaxtda enerji təchizatı ilə bağlı problem olmayıb: “Gərginliyin düşməsi metronun daxili sistemindən qaynaqlanan problemlə bağlıdır. “Azərişığ”ın paylayıcı sistemlərində heç bir çətinlik yaranmayıb” .

Son xəbərlər

Orphus sistemi