Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Bakı metrosunda qatarların hərəkəti ləngiyib Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” stansiyasından “Həzi Aslanov” stansiyasına gedən qatar texniki səbəbdən “Memar Əcəmi” stansiyasında sərnişinləri düşüb.
İnfrastruktur
585
2 Mart , 2020 10:10
Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” stansiyasından “Həzi Aslanov” stansiyasına gedən qatar texniki səbəbdən “Memar Əcəmi” stansiyasında sərnişinləri düşüb.

Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qatar stansiyanın dalan hissəsinə verilib, onun əvəzində depodan xəttə yeni qatar buraxılıb. 

"Həmin vaxt "Memar Əcəmi" stansiyasından "Nəriman Nərimanov" stansiyasına qədər bir qatar xətdə olmadığı üçün iki qatar arasında interval iki dəfə artıq olub", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi