Bakı metrosunda qadın qatar yoluna düşüb

Bakı metrosunda qadın qatar yoluna düşüb Bu gün saat 12:51-də "Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasında qadın qatar yoluna düşüb.
İnfrastruktur
10 Avqust , 2021 13:13
Bakı metrosunda qadın qatar yoluna düşüb

Bu gün saat 12:51-də "Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasında qadın qatar yoluna düşüb.

Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, stansiyaya yaxınlaşan qatarın maşinisti dayanıb və aidiyyəti üzrə məlumat verib. Bundan sonra yola elektrik gərginliyinin verilməsi dayandırılıb, sərnişin qatar yolundan çıxarılıb.

"İnsidentlə bağlı Bakı metrosunun "Yaşıl" və "Qırmızı" xətlərində 10 dəqiqəyə yaxın yubanma olub və tezliklə aradan qaldırılacaq", - deyə o, qeyd edib.

Qatar yoluna düşmüş qadın 1967-ci il təvəllüdlü Dilgüşə Bəkirovadır.

Son xəbərlər

Orphus sistemi