Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq Bakı Metropoliteni QSC hər il olduğu kimi bu il də 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.
İnfrastruktur
17 Sentyabr , 2019 16:46
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq

"Bakı Metropoliteni" QSC hər il olduğu kimi bu il də 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

Qurumdan "Report"a verilən məlumata görə, sabah sərnişin axını daha çox olduğu 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq. 

Proqrama milli və klassik musiqi nümunələri daxil olacaq. Canlı musiqi aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;

- “Sahil” stansiyası – saat 12:00-13:30.

- “28 May” stansiyası – saat 13:00-14:30;

- “Xətai” stansiyası – saat 14:00-15:30.

Son xəbərlər

Orphus sistemi