Bakı metrosuna 17 yeni eskalator gətirilir

Bakı metrosuna 17 yeni eskalator gətirilir “Bakı Metropoliteni” QSC-nin nümayəndələri Bənövşəyi xəttin “B-04” stansiyası üçün sifariş edilmiş 17 eskalatorun qəbul-sınaq prosesində iştirak ediblər.
İnfrastruktur
28 İyul , 2023 13:10
Bakı metrosuna 17 yeni eskalator gətirilir

“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Bənövşəyi xəttin “B-04” stansiyası üçün sifariş edilmiş 17 eskalatorun qəbul-sınaq prosesində iştirak ediblər.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, bu məqsədlə nümayəndə heyəti Almaniyanın Hamburq şəhərinə ezam edilib və istehsal olunmuş eskalatorları qəbul etməzdən əvvəl onların işi ilə tanış olub. Bir eskalatorda aparılmış sınaqlar əsasında eskalatorların qəbulu prosesi aktlaşdırılıb.

“B-04” stansiyasında dayaz özüllü stansiyalar üçün nəzərdə tutulan “Tugela FT-945” tipli 19 eskalator quraşdırılacaq. Onlardan 2-si əvvəlki sifariş dövründən Bakıya gətirilib. Bu eskalatorlar elektrik enerjisinin sərfiyyatına görə daha qənaətcil və səmərəli olmaqla, qulluğu daha asan, idarəetmə sistemləri də müasir texnologiyaların tələblərinə uyğundur. Onlar estetik görkəmi ilə də seçilir. Gətiriləcək eskalatorlarda texniki təchizat, o cümlədən idarəetməsi ilə bağlı bir sıra səmərələşdirici tətbiqlər və yeniliklər nəzərə alınıb.

Quraşdırma proseslərinin ardıcıllığına, tələblərinə uyğun olaraq, eskalatorlar Bakıya gətirilərək təyinatı üzrə quraşdırıldıqdan sonra yerində təkrar sınaq keçiriləcək. Bu zaman bütün əsas komponent və qovşaqlar - ferma, baş intiqal, baş val, dartı stansiyası, dartı zənciri və s. yenidən yoxlanacaq.

Eskalatorların yaxın aylarda Bakıya gətirilməsi və stansiyanın inşaat işlərinin ardıcıllığına uyğun quraşdırılmasına başlanılması nəzərdə tutulub.

Nümayəndə heyəti səfər çərçivəsində Bakı metropolitenində quraşdırılmış eskalatorlara qulluq, texniki xidmət, təmir və s. ətrafında müzakirələr apararaq qarşılıqlı təcrübə mübadiləsi və işbirliyini müzakirə edib.

Son xəbərlər

Orphus sistemi