Bakı metrosu bu il 55 vaqonunu təmir etdirəcək

Bakı metrosu bu il 55 vaqonunu təmir etdirəcək Bu il "Bakı Metropoliteni" QSC-yə məxsus 11 qatar və yaxud 55 vaqon təmil ediləcək.
İnfrastruktur
1 Oktyabr , 2021 16:09
Bakı metrosu bu il 55 vaqonunu təmir etdirəcək
0 : 00
0 : 00

Bu il "Bakı Metropoliteni" QSC-yə məxsus 11 qatar və yaxud 55 vaqon təmir ediləcək.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Depolar üzrə İş Departamentinin direktoru Faiq Əhmədov deyib.

Onun sözlərinə görə, təmir işləri 3 mərhələdə həyata keçiriləcək: “Cari Təmir-2 adlanan təmir zamanı 240 min km hərəkət edən 4 qatar təmir olunacaq. Cari Təmir-3 adlanan təmir zamanı 560 min km hərəkət edən 3 qatarın (15 vaqon), orta təmir zamanı isə 960 min km hərəkət edən 4 qatarın (20 vaqon) təmiri həyata keçiriləcək. Artıq gələn ilə də irihəcmli plan qurulub, neçə qatar və yaxud vaqonun təmirə gedəcəyi müəyyənləşib".

Son xəbərlər

Orphus sistemi